Aprelin 8-də müxtəlif kiber üsullarla vətəndaşların 87 067 manatı talanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:
"Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:
"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".