Nigar Fərhadın verilişi bağlanmayıb - RƏSMİ


“Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhadın canlı efirdə fikirlərini düzgün ifadə etmədiyi üçün son günlər cəmiyyətdə geniş müzakirələrə və etiraza səbəb olub. Telekanal isə verilişin yayımını dayandırıb.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Kanal S rəsmi açıqlama yayıb.

“Efirimizdə yayımlanan “Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhad tərəfindən səslənən fikrin Azərbaycan Respublikasının Media haqqında qanununun 14.1.4-cü maddəsinin tələblərini pozması tərəfimizdən böyük təəssüf hissi doğurur.

Aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərarı alınıb”.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930