“Hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən neyləməliyəm? Getdim “İnturist”ə bir otaq götürdüm. On nəfər çox savadlı adamları işə aldım. Onlara yanımda işləməyi təklif etdim”.
Turkustan.az xəbər verir ki, bu sözləri “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) “Otaq 9” layihəsinə qonaq olarkən deyib.
O bildirib ki, bundan sonra işləri çox yaxşı gedib:
“Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir”.