Bu dəfə +94 kodu ilə kartdan 27 min çəkdilər - DİN-dən çağırış


“Daha bir vətəndaşın bank kartından kiberüsulla 27 283 AZN oğurlanıb. Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz”.

Turkustan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

DİN rəsmisi qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:

“Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib.

Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaq, adınıza kredit götürüləcəklər”, - E.Hacıyev vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ