Mehriban Rəhimli cinayət məsuliyyətinə CƏLB OLUNDU


Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində "QHT işi" ilə bağlı başladılan istintaqa daha bir məşhur şəxs cəlb olunub.

Turkustan.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu, ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlidir.

Məlumatda bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Xatırladaq ki, bundan əvvəl bir sıra tanınmış şəxslər bu iş çərçivəsində cinayət məsuliyyətinə cəlb ediliblər və onlarla QHT rəhbəri istintaqa dəvət olunub.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31