Qız qalasının inanılmaz sirri: bunu bizdən gizlədirlər – FOTO


“Qız qalasının rentgen təsvirləri onun bütün gizli sirlərini açır. Qalanın dairəvi hissəsinə sonradan geydirilmiş daş əlavələr qalanın ilkin konstruksiyasını təhrif etməklə, onun haqda əsassız məlumatlar verməyə səbəb olub”.

Turkustan.az xəbər verir ki, bunu araşdırmaçı Qalib Quliyev deyib.

Onun sözlərinə görə, Qız qalasında günəş, ay, ulduz müşahidələri aparılıb və dövrünün ən mükəmməl refraktoru – teleskopu yerləşdirilib:

“Teleskopun əksedici güzgüləri sal üzərində yerləşdirilib və aşağıdan yuxarıya qalxması zaman böyüdücülük qabiliyyəti – fokusu dəyişib. Salı qaldıran su təbəqəsi aşağıdan borularla verilib, təqribən 3-cü mərtəbəyə kimi qalxandan sonra oradakı quyuya tökülüb. Qalanın dairəvi hissəsinin ölçüləri elə seçilib ki, hətta hərəkətsiz halda bütün səma ulduzları müşahidə olunub. Divarın qalınlığı 4 m olduğundan dairəvi hissənin ölçüləri 4+5+4=13 m olub. Beləliklə, Yer kürəsinin milyonda bir modeli yaradılıb. Dünyanın heç bir yerində bu cür müşahidə mərkəzinə rast gəlinmir. Daha sonralar inşa olunmuş Təxti Süleyman müşahidə mərkəzi belə qalamızın parametrlərini təkrar edə bilməyib”.

WhatsApp Image 2025 03 11 at 10. 1

Araşdırmaçının sözlərinə görə, qala haqqında uydurma nəzəriyyələr ona görə saxlanır ki, qanunauyğunluqlar aşkar olunanda niyə yurdumuzun “Allahlar məskəni” və xalqımızın “Azər” adlanması aşkar olar:

“Dünya xalqlarına əsl elmi məlumatlar buradan ötürülüb. Qalanın yaşının təyin olunması onun çıxıntısı ilə bağlıdır. Qalanın aşağı hissəsi həmişə su ilə dolu olduğundan nisbətən qədim görünür. Qala həm də yerləşdiyi ərazinin 28 metrdən çox çökdüyünü bildirir. Bu vəziyyətdə müşahidə üçün qalanı tikməyə ehtiyac yox idi… Qız qalasının forması asimmetrik saat əqrəbi şəklindədir. Bu forma həm ilkin hərflərin və rəqəmlərin yaradılmasına, həm də zamanın ölçülməsinə işarədir. Sonralar Avesta adlandırılmış bilgilər toplusu da bu qalada çalışanların məhsuludur”.

Qalib Quliyev bildirib ki, ilkin zodiak bu qalada yaradılıb və Avesta bilgilərinə uyğun adlandırılıb:

“Yer kürəsində yaradılmış digər zodiaklar da “Azər” zodiakından istifadə edib. Ərəblər Azərbaycanı zəbt edəndə bu qalanın qara günləri başlayıb, sovet günlərində ərəblərin, farsların, ermənilərin əlində olub. Bakı=Bəkkə olmasaydı, Kəbə də olmazdı. Hazırda sular altında yatan Bəkkənin dünyanın ilkin şəhəri olması məlumatını Qurandan yığışdıranlar da bu xalqın, bu millətin, bu elmin aşkar olmasını istəmirlər”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ