Kiberdələduzların yeni əməli: zəngdən imtina... - VİDEO


Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər.

Turkustan.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, kiberdələduzlar vətəndaşların şəxsi məlumatların ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar. Onlardan da biri mobil telefonun zəng və ya mesaj vasitəsi ilə ələ keçirilməsidir.

Fərhad Mirəliyev bildirib ki, kiberdələduzların bu üsulla asanlıqla hansısa mobil telefon və ya komputeri ələ keçirməsinə səbəb proqram təminatında olan boşluqlardır. Onlar bu boşluqlardan istifadə edərək öz casus proqramlarını yaradırlar.

Mütəxəssis əlavə edib ki, mobil telefon dələduzlar tərəfindən ələ keçirildikdə həm proqram təminatında, həm də internetə daxil olma zamanı donmalar müşahidə olunur. Bu səbəbdən tanımadıqları nömrədən zəng gələrsə, sadəcə olaraq cavabsız qoysunlar. Bu kimi halların qarşısını almaq üçün proqram təminatına və ya tətbiqə gələn yenilənmələri gecikdirmədən təsdiq etmək mütləqdir.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:


MANŞET XƏBƏRLƏRİ