Millət vəkili Fazil Mustafa vətəndaş qəbulu keçirib


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində növbəti qəbul tədbiri keçirib. Sülh küçəsi, 35 ünvanında keçirilən qəbul zamanı deputat seçicilərin, eləcə də digər rayonlardan gələn vətəndaşların problemlərini fərdi qaydada diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşların səsləndirdiyi müraciətlər başlıca olaraq, sosial müdafiə, mənzil, məşğulluq, işə bərpa, torpaq, məhkəmə qararlarının icrası, əfv və digər məsələlərdən ibarət olub.

Qəbul iştirakçılarının qaldırdığı məsələlər qeydiyyata alınaraq, nəzarətə götürülüb və deputatın səlahiyyətləri daxilində onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Həmçinin qanunvericiliyə uyğun olan digər məsələlərlə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə ən qısa zamanda sorğularla müraciət ediləcəyi vətəndaşların diqqətinə çatdırılıb.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ