Ramazan ayının 3-cü gününün DUASI


Bu gün Ramazan ayının üçüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:46-də, iftar vaxtı saat 18:49-dur.

Turkustan.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının üçüncü günün iftar duasını təqdim edir:

Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.

Tərcüməsi: İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

Bu dua Ramazan ayında bərəkət, hidayət və xeyir-dualar qazanmaq üçün oxunur. Allah dualarınızı qəbul etsin!


MANŞET XƏBƏRLƏRİ