“Çuvaşıstan-Azərbaycan Dostluq və İşbirliyi Cəmiyyəti” Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil edib. Tədbir iştirakçıları Soyqırımı qurbanlarının xatirəsini sayğı duruşu ilə yad ediblər.
Cəmiyyətin prezidenti Aqil Əliyev çıxış edərək, 33 il öncə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən görünməmiş insanlıq dramı barədə danışıb. O, Soyqırımının dəhşətli statistikasını açıqlayaraq, vəhşicəsinə həlak edilənlər, işgəncə görənlərlə yanaşı, 500-ə yaxın günahsız azərbaycanlının ömürlük şikəst edilməsi, girov götürülmüş 1275 nəfərdən 150-nin taleyinin hələ də bilinməməsi faktlarına da diqqət çəkib. - Aqil Əliyev Xocalının ən məşum gününün yalnız Xocalı sakinlərinin taleyində qalmadığını, bütün Azərbaycan xalqının, Dünya azərbaycanlılarının və insanlıq dramına biganə qalmayan tərəqqipərvər insanlığın yaddaşından silinmədiyini vurğulayıb.
Anım gecəsində Azərbaycan icmasının nümayəndələri, eləcə də Çuvaşıstan Respublikasının digər ictimai təşkilatlarının təmsilçiləri iştirak edib