Nizaməddin Şəmsizadənin ölüm səbəbi açıqlandı


Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən ölüb.

Turkustan.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

“Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.

***09:00

Professor Nizaməddin Şəmsizadə vəfat edib.

Turkustan.az xəbər verir ki, bu barədə Publika.az-a onun qızı Ayfər Nizaməddinqızı məlumat verib.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə komaya düşmüşdü. O, 40 gün xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.


MANŞET XƏBƏRLƏRİ