“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib. Prezident İlham Əliyev sərəncamı ilə sözügedən vəzifəyə Rüfət Mahmud gətirilib.
Qeyd edək ki, qurumun sabiq sədri Şahin Seyidzadə Milli Məclisin deputatı seçildikdən sonra vəzifəsindən azad edilmişdi və sədr postu 4 aya yaxındır boş idi.
Modern.azyeni sədrin kim olduğunu araşdırıb.
Rüfət Mahmud əvvəllər İqtisadiyyat Nazirliyində şöbə müdiri, departament rəhbəri, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifələrində çalışıb.
O, yeni təyinatadək SOCAR-ın Rusiyadakı strukturuna təhbərlik edib.