“Konstitusiya və Suverenlik İli” ilə bağlı bu il qrant müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.
Turkustan.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Konstitusiya və Suverenlik İli”nə dair tədbirlər planında qeyd olunub.
Qrant müsabiqələrinin keçirilməsinin icrası Gənclər Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə həvalə olunub./modern.az