Fazil Mustafa növbəti vətəndaş qəbulu keçirib - FOTOLAR


26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında fevral ayı üçün növbəti vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı Millət vəkili tərəfindən hər bir vətəndaş fərdi qaydada qəbul edilərək, onların üzləşdiyi problemlər diqqətlə dinlənilib və narahat olduqları məsələlərlə yaxından tanış olunub.

Qəbul iştirakçılarının qaldrdıqları məsələlər başlıca olaraq, məşğulluq, sosial müdafiə, mənzil, bank-kredit, məhkəmə qərarlarının icrası, səhiyyə, əfv və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həll edilib, qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.


MANŞET XƏBƏRLƏRİ