Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüb.
Komitədə keçirilən görüşdə ictimai birliklərlə iş sahəsində mövcud durum və perspektivlər müzakirə olunub. Yeni çağırışlara uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunlarda müvafiq əlavə və dəyişikliklərin edilməsinə zərurət olması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Komitə sədrinin müavini Sahib Alıyev, Komitənin üzvü Azər Allahverənov, Komitənin eksperti Əkbər Qoşalı, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, mətbuat xidmətinin rəhbəri Ülviyyə Qarayeva iştirak edib.
Sonda İcraçı direktor Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri komitə sədri Fazil Mustafaya təqdim edib.