Bu ölkədən iş təklifi gələrsə, qəbul etməyin - XƏBƏRDARLIQ


Bəzi şəxslərə Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir.

Turkustan.az "Xezerxeber"ə istinadən xəbər verir ki, həmin ölkədə olmayan müxtəlif şirkətlərin adından iş elanları paylaşılır. Daha sonra həmin müəssisəyə işə düzəltmə üçün müraciət edənlərdən müəyyən məbləğdə pul istənilir.

Norveçdə yaşayan azərbaycanlı Xaqan Əzizov bildirib ki, bu mövzuda onlarla insan ona yazıb. Məlumatlandıqdan sonra isə dərhal dələduzlara pulu ödəmək fikrindən daşınıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu kimi hallarla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd olundu ki, bu kimi dələduzluq halları ilə qarşılaşan vətəndaşlar 102 xidmətinə və yaxud nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


MANŞET XƏBƏRLƏRİ