Azərbaycanda koronavirusa görə yaradılan rəsmi sayt "kazino"ya ÇEVRİLDİ


Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradıldığı iddia edilən sayt barədə xəbərlər yayılıb.

Modern.az-ın apardığı araşdırmaya görə, "koronavirusinfo.az" saytı dələduzluqla məşğul olan şəxslər tərəfindən yaradılıb.

Belə ki, Operativ Qərargah tərəfindən yaradılan sayt "koronavirus.az"dır. Digər domen istifadəçilərin bank kartları məlumatlarını oğurlamaq üçün istifadə edilir.

Son dövrlərdə onlarla oxşar dələduzluq hallarına rast gəlinib. Rəsmi qurumlar vətəndaşlara dəfələrlə bu barədə xəbərdarlıq edib.

xxx

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılan "koronavirusinfo.az" rəsmi saytı "kazino"ya çevrilib.

Turkustan.az-ın məlumatına görə, 2020-ci ildə yaradılan və gündəlik olaraq koronavirusla bağlı operativ məlumatlar təqdim edən vebsayta daxil olanda istifadəçilər onlayn kazino oyunu ilə rastlaşırlar.

Qeyd edək ki, sözügedən kazino oyunları əsasən dələduzluqla məşğul olan şəxslər tərəfindən yaradılır. İstifadəçilər oyun üçün bank kartları məlumatlarını daxil edən zaman oğurluq halları baş verir.

Son dövrlərdə onlarla oxşar dələduzluq hallarına rast gəlinib. Rəsmi qurumlar vətəndaşlara dəfələrlə bu barədə xəbərdarlıq edib./modern.az


MANŞET XƏBƏRLƏRİ