Azərbaycanı dəhşətə salan cinayət: Səbəb “meymun reaksiyası” imiş


Xəbər verdiyimiz kimi, Xaçmazda oğlan elçi getdiyi qızı və onun anasını qəsdən avtomobillə vurub. İddialara görə, o, qız evindən “yox” cavabı aldığı üçün bu hadisəni törədib.

Ümumilikdə son zamanlar dəhşətli məişət cinayətlərinin sayının artması diqqət çəkir. Biri həyat yoldaşını qətlə yetirir, digəri şiddət göstərir və s.

Cinayətlərin artmasına səbəb nədir?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucovun sözlərinə görə, bunun fərqli səbəbləri ola bilər:

“Məsələn, insanların hisslərini necə yaşayacaqlarını bilməməsi, istədikləri olmadıqda yetkin biri kimi deyil, hələ də ilk ağıllarına gələn, “meymun reaksiyası” adlandırdığım, yəni şüursuz şəkildə davranış sərgiləmələri buna nümunədir. Həmin situasiyada şəxsin xarakteri, ailəsində böyüdülmə şəraiti və şərtləri, ailədə aqressiyanın necə üzə çıxarılması, gördüyü nümunələr, özünü, hisslərini necə, nə qədər tanıması və bu kimi bir çox faktorlar öz sözünü deyir”.

Psixoloq bildirib ki, ümumi olaraq burada bir çox xüsusiyyətlər meydana çıxır:

“Belə vəziyyətlərdə cinayət törədən insanların yüksək emosional vəziyyətlərdə məntiqlərinin tamamilə aradan qalxması, duyğuları ilə qərar vermələri, özünə nəzarətin aşağı olması, şəxsi və başqalarının dəyərlərinə etinasız yanaşma kimi ortaq xüsusiyyətlər görülür. Cinayət və başqa bu kimi aqressiyalarla reaksiya formaları, şəxsin “mən”ini müdafiə etmək üçün üzə çıxan yetkin olmayan müdafiə mexanizmləridir”.


MANŞET XƏBƏRLƏRİ