Azərbaycan gəncliyi dostunu düşmənindən ayırmağı bacarır


Erməni lobbisinin təsiri altında olan, erməni təəssüfkeşlərinin idarə etdiyi qərb təşkilatları müxtəlif zamanlarda cəmiyyətimizin gənclər kəsiminə nüfuz etmək istəyərək müxtəlif, milli dəyərlərimizə yad, qeyri-ənənəvi dəyərləri təbliğ edərək “no war”çılar yetişdirmək istiqamətində müxtəlif layihələr həyata keçiriblər və hələ də buna davam etmək istəyirlər. Həmin o, “no war”çılar ki, zaman-zaman ölkəmizin ən həssas dönəmlərində üzə çıxıb dövlətimiz əleyhinə xüsusi "fəallıq" göstərirlər.

Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli Herbiand.az-ın mövzu ilə bağlı sualını cavablandırarkən bildirib ki, Cənubi Qafqazda guya sülhü təbliğ edən, amma əslində ermənilərin maraqlarına xidmət edən bir sıra donor təşkilatları var. Onlardan biri də SSRİ dağılandan həmən sonra yaranmış Avrasiya Əməkdaşlıq Fondudur:

“Bu fondun və digər “sülhsevər” donor təşkilatlarının əsas məqsədi regionda yeni düşüncəli nəsil gənclik yetişdirməkdir. Ölkəmizdə onları “no war”çılar olaraq tanıyırlar. Maraqlıdır ki, ölkəmizin adlı-sanlı “no war”çıların əksəriyyəti vətən anlayışı olmayan, LGDP üzvləri və feministlər olur. Çox vaxt şəxsi həyatı uğursuz olmuş bu “feminka”lar, liboşlar hirsini, hikkəsini milli maraqlardan çıxıblar. Qarabağ münaqişəsi varkən onların fəaliyyəti olduqca zərərli idi. Çünki işğala, soyqırıma məruz qalan biz idik, lakin qrant verən ağalarının diktəsi ilə onlar bizi emrənilərlə eyni tərəziyə qoyurdular. Artıq 2023-cü ildən etibarən Qarabağ münaqişəsi yoxdur. Amma “no war”çılar yenə fəaliyyətdədir. Görünən odur ki, o düşərgədə bir şeylər əyri gedir. Daha dəqiqi ağaları “no war”çılardan narazıdır. Çünki onlar Azərbaycanda özlərinə yetərli tərəfdar tapa bilmirlər. Çünki Azərbaycan gəncliyi dostunu düşmənindən ayırmağı bacarır. Azərbaycanlılar yaxşı bilir ki, zalımla məzlum, işğalçı ilə işğal olunan, soyqırıma məruz qalan eyni tərəziyə qoyula bilməz”.

Birlik sədri qrant almağın ayıb iş olmadığını, əksinə dünyada geniş yayılmış bir təcrübə olduğunu vurğulayıb:

“Təhsil, ekologiya və s. sahələr üzrə qrant ayıran çoxlu sayda donor təşkilatları var. Ancaq son 30 ildə minlərlə soydaşımızı qətl edən, ölkəmizə qarşı ekoloji cinayətlər həyata keçirən bir düşmənlə-Ermənistanla Azərbaycanı eyni tutmaq yumşaq desək ədalətli deyil”.


MANŞET XƏBƏRLƏRİ