“Kapital Bank”dan Hökumənin ailəsinə qarşı cinayət barədə AÇIQLAMA


“Kapital Bank” Milli Qəhrəman Hökümə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kibercinayətkarlar tərəfindən oğurlanmasına dair açıqlama verib.

Bankdan Modern.az-a bildirilib ki, faktla bağlı araşdırma başlanılıb.

“Kapital Bank” araşdırmanın nəticələri barədə məlumat yayacağını vəd edib.

Xatırladaq ki, ötən gün Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin bank kartından ümumilikdə 80 507 manat pul çəkilib.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ