Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatların məzuniyyətdə olmasına baxmayaraq, Millət vəkili, Milli Məclisin İctimai birlikər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dünən, seçildiyi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı deputat vətəndaşları ayrı-ayrılqda dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Seçicilərin qaldırdıqları məsələlər başlıca olaraq sosial müdafiə, işsizlik, səhiyyə, kommunal ödənişlər, pensiya, əfv və digər sahələri əhatə edib.
Görüşdə vətəndaşların problemlərinin bir qismi yerindəcə həll edilib. Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə qısa müddətdə müraciət ediləcəyi vətəndaşların diqqətinə çatdırılıb.