DİQQƏT! Hamının “WhatsApp”ı oğurlana bilər – Kütləvi hücum artır: çıxış yolu…


“Son illərdə kiberdələduzlar insanların “whatsapp” hesablarını ələ keçirərək onların yaxınlarından pul və digər şəxsi məlumatlar tələb edir. Əlbəttə ki, bu cür halların artması istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır”.

Bu sözləri Globalinfo.az-a İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “whatsapp”da insanların tanımadıqları şəxslər tərəfindən aldadılması haqda danışarkən deyib.

O deyib ki, bu kimi hesabların oğurlanması prosesində diqqət edilməli olan bir neçə məqam var:

“1) OTP (Birdəfəlik Şifrə) fırıldağı: Fırıldaqçılar istifadəçiyə “WhatsApp”-dan gələn birdəfəlik təsdiq kodunu paylaşmağı xahiş edir. İstifadəçi bu kodu göndərdiyi təqdirdə, hesab asanlıqla oğurlana bilər.

2) Fişinq Hücumları: Dələduzlar “WhatsApp” interfeysinə bənzəyən saxta veb saytlar yaradaraq istifadəçilərin giriş məlumatlarını oğurlayırlar.

elvin hesenov 900x675 1

Elvin Həsənov

3) Cihazlara Sızma: Zərərli proqramlar və ya zəif təhlükəsizlik ayarları olan cihazlar vasitəsilə hesablar ələ keçirilə bilər.

4) Hesab sahibi öz “whatsapp”-ını bir dəfə veb brauzerdə (whatsApp web) açdıqda və çıxış etməyi unutduqda, dələduzlar bu fürsətdən yararlana bilərlər”.

Mütəxəssis dələduzlardan qorunmanın yolunu açıqlayıb:

“Bu kimi hallardan qorunmaq üçün vətəndaşlar birmənalı olaraq “whatsapp”-ın iki mərhələli təsdiq funksiyası (“Ayarlar” > “Hesab” > “İki addımlı doğrulama” bölməsindən aktiv edə bilərsiniz”i) aktivləşdirməli və güclü bir pin kod təyin etməlidirlər. Əlavə olaraq naməlum mənbələrdən gələn linklərə klik etməməli və şübhəli mesajlara diqqətli yanaşmalıdırlar”.


MANŞET XƏBƏRLƏRİ