Qafar Dəmirçinin atası oğluna görə üzr istədi - VİDEO


“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə o, APA TV-yə danışıb.

Xatırladaq ki, Aydın Dəmirçinin oğlu, “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi şirkətin bir neçə əməkdaşı ilə birgə Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.


MANŞET XƏBƏRLƏRİ