Sabiq icra başçısının qardaşı oğulları niyə məhkəməyə verilib? - Yeni DETALLAR


Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində açılan cinayət işinin bir sıra detalları məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Telman Babazadə və Yadigar Babayev zərəçəkmiş şəxslərə xəsarət yetirməkdə ittiham olunur.

Məlumata görə, hadisə Nərimanov rayonunda yerləşən “Qədirzadə Akademiya” gözəllik salonunun qarşısında baş verib.

İddiaya görə, Telman Babazadə və Yadigar Babayev heç bir əsas olmadan R.Qədirzadə və G.Qədirzadəni yumruq və təpiklə döyərək xəsarət yetiriblər. Hadisədən sonra zərərçəkmişlər məhkəməyə müraciət ediblər.

***

11:24

Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb.

Məlumata görə, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı bacı-qardaşlardır.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğulları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıb.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Dekabr 2024
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031