Bakıda yeni katolik kilsəsinin təməli qoyuldu – FOTOLAR


Bakıda müqəddəs II İohann Pavel kilsəsinin tikintisi üçün torpaq sahəsinin təqdim edilməsi və yeni məbədin təməl daşının qoyulması mərasimi olub.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, təməlqoyma mərasimində bununla bağlı Azərbaycana səfər edən Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaher, Azərbaycanın apostol prefekti Vladimir Fekete, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, yerli dini icmaların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sabah arxiyepiskop Qallaher Müqəddəs Məryəm kilsəsində Müqəddəs Messa ayininə başçılıq edəcək.

Xatırladaq ki, yeni kilsə üçün Yasamal rayonunda, A.M.Şərifzadə küçəsində yer ayrılıb.

Bakıda yeni katolik kilsəsinin təməli qoyulub - FOTO

Bakıda yeni katolik kilsəsinin təməli qoyulub - FOTO


MANŞET XƏBƏRLƏRİ