Saxta plastik cərrahlarla bağlı İşçi Qrup yaradılıb - Araşdırma APARILIR


Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı İşçi Qrup yaradılıb və araşdırmalar aparılıb.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında Səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, saxta diplomlu həkimləri xəstələri sosial media vasitəsilə cəlb edir. Nazir sözügedən əməllərdə cinayət tərkibinin olduğunu bildirib: "Bununla bağlı Baş Prokurorluğa müraciət olunub. Qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək".

Nazir vurğulayıb ki, saxta plastik cərrahlarla bağlı Baş Prokurorluqla Səhiyyə Nazirliyi arasında İşçi Qrup yaradılıb, Tədbirlər Planı hazırlanıb.

“Bu məsələ son 1 aydır Qənirə Ataşın jurnalist araşdırması kimi təqdim olunur. Amma bu işlərlə bağlı 1 ildir araşdırma aparılıb. Hər bir şəxslə bağlı fərdi araşdırmalar aparılır. Onların etdiyi cinayət əməlidir və buna qanunvericiliyin tələbinə uyğun cavab veriləcək”, - nazir əlavə edib.

Teymur Musayev vətəndaşlara da çağırış edib.

"İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir. Bu, daha çox uşaq yaşlarında həyata keçirilir. Nəticədə insanlar plastik əməliyyatlara meyil edir. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə aparılmalıdır".

Nazir bölgələrdə həkim çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirib. O deyib ki, tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənəd hazırlanıb:

"Sənəd sözügedən problemin həlli üçün hazırlanıb və yaxın zamanda açıqlanacaq"/modern.az


MANŞET XƏBƏRLƏRİ