Şahbuzda uşaq əməyinin istismarının qarşısının alınması mövzusunda tədbir keçirilib


Dekabrın 4-də Şahbuz rayon Ş.İsmayılov adına Badamlı qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Təhsil Nazirliyinin, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi, WeFinix Təlim Mərkəzi və "Günəş" Uşaq Akademiyasının təşkilatçılığı ilə "Parlaq Gələcək Naminə" adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

“Uşaq əməyinin istismarının qarşısının alınması” adlı bu tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) əməkdaşı İlkin Abdullayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq TOLES və TOT sertifikatli təlimçisi, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, WeFinix Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və məktəblilər iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) əməkdaşı ilkin Abdullayev çıxış edərək bildirdi ki, hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlamlıq inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır. Uşaq hüquqlarının onlar tərəfindən dərk edilməsi və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izah və təbliğat aparmaları yolu ilə nail olunur.
Daha sonra Esmira Tağıyevanın "Uşaq əməyinin dövlət tərəfindən təminatı və müdafiəsi", Şəhla Abdullanın " Məşğulluq yaşına çatanadək verməli olduğunuz maliyyə qərarları" və Ulduz Əliyevanın "Uşaq əməyinin onların gələcəyində və cəmiyyətdə rolu" mövzularında çıxışları dinlənilib.
Qarşılıqlı fikir mübadiləsi istiqamətində davam edən tədbirdə məktəblilər aktiv iştirak edərək, təlimçilərə onları maraqlandıran suallar ünvanlayıblar. Mütəxəssislər məktəblilərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Parlaq Gələcək Naminə "adlı layihə çərçivəsində mütəmadi olaraq maarifləndirici silsilə tədbirlər davam etdirilməkdədir.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ