Noyabrda ardıcıl 6 gün İŞ OLMAYACAQ


Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda qeyri-iş günlərinin sayı artırılıb.

Turkustan.az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

8 noyabr Zəfər günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür, iş günü hesab edilməyən bayram günüdür.

Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.


MANŞET XƏBƏRLƏRİ