Bu ərazilərə qar yağır - Faktiki hava


Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şahdağa isə qar yağır.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada (Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, Şahdağ, Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz, Sədərəkdə 14 mm, Şəmkir, Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz, Balakəndə 11 mm, Qrız, Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə, Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam, Mingəçevir, Naxçıvan, Kəlbəcər, Şamaxı, Xaltan, Göyçay, Ağstafa, İsmayıllı, Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac, Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi, Ordubad, Ceyrançöl, Xaçmaz, Xınalıqda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax, Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax, Göyçayda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda 19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.


MANŞET XƏBƏRLƏRİ