2024-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5304,9 min nəfər olub, onlardan 5021,7 min nəfərini məşğul əhali təşkil edib.
Turkustan.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər təşkil edib İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. bakupost.az/