Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən əsas meyar onun sosial müdafiə sisteminin vəziyyətidir. Sosial müdafiə sistemini gücləndirmək baxımından əhalinin sosial müavinətlərini qeyri-dövlət pensiya fondları hesabına da təmin etmək mümkündür. Qarşıdakı illər ərzində qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur.
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, qeyri-dövlət pensiya fondları vətəndaşlar üçün sosial müavinət bazasının yığılması baxımından vacibdir:
"Qeyri-dövlət pensiya fondları vətəndaşa təqaüd yaşı tamam olan zaman 2 müəssisədən ödəniş almaq imkanı yaradacaqdır. Qeyri-dövlət pensiya fondlarının yaradılması praktik olaraq əksər ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə tədbiq olunub. Təbii ki, Azərbaycanda da belə bir ənənənin tətbiqi, məqsədə uyğundur. Ölkədə bir necə özəl pensiya fondunun yaradılacağı planlaşdırılır. Onlar DSMF ilə müqavilə bağlayacaqlar, rübdə bir dəfə DSMF-yə məlumat verəcəklərdir. Həmin fondların depozitləri isə seçiləcək bankda yerləşdiriləcək. Adətən, qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə müəyyən vergi güzəştləri tədbiq olunur.
Pensiya yaşı çatmış vətəndaş 2 yerdən təqaüd alacaqBununla birgə qeyri-dövlət pensiya fondlarına marağın və inamın formalaşdırılması, belə fondlar arasında rəqabət mühitinin yaradılması, sıgortaçının təqaüdə çıxdıqda alacağı pensiyanın məbləği, fondlara yığımın təşkili və vəsaitlərin idarə olunması, böhran şəraitində pensiya fondlarının fəaliyyəti kimi məsələlərin həlli də ön plandadır.
Özəl pensiya fondunun üstün cəhəti ondadır ki, sığortaçı 55 yaşında pensiyaya çıxa bilər. Bu isə vətəndaşın pensiya məbləğinin artmasına gətirib çıxaracaqdır.