Maaşlar nə vaxtdan artacaq? - Nazirlik vaxtını açıqladı


Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib.

Bəs artım nə qədər olacaq?

Sosioloq Üzeyir Şəfiyev deyir ki, bazarda qiymət dəyişiklikləri və inflyasiya göstəriciləri minimum əməkhaqqının artırılması məsələsini reallaşdırır. O, qeyd edib ki, hazırda minimum əməkhaqqı 345 manat olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 manat maaş verilir. Sosioloq gələn il artım zamanı da minimum əməkhaqının elə məhz 500 manat civarında olmasını daha məqsədəuyğun sayır.

Üzeyir Şəfiyev qeyd edib ki, ötən il inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11,3 faiz olub. Bununla yanaşı, bu il də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək.


MANŞET XƏBƏRLƏRİ