Bu yerlərdə dayanan avtomobillər CƏRİMƏLƏNƏCƏK – RƏSMİ


Azərbaycanda elektromobillərin enerji doldurması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək.

Turkustan.az verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, yeni dəyişikliyə əsasən, elektromobillərin enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində dayanan digər avtomobillər 20 manat cərimələnəcək.

Qeyd edək ki, enerji doldurma yerlərində digər əqliyyat vasitələrinin parklanması qadağandır.


MANŞET XƏBƏRLƏRİ