“Minimum əmək haqqı payızda artırılacaq, məbləğ isə...” - Vüqar Bayramovun ŞƏRHİ


2024-cü ilin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Xatırladaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. O zamandan bu yana minimum əmək haqqı 345 manatdır.

Bəs payızda nəzərdə tutulan artımlardan sonra minimum əmək haqqı nə qədər ola bilər?

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov KONKRET.az-a açıqlamasında bildirib ki, minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin noyabrınadək təkliflərin hazırlanması və təqdim olunması gözlənilir:

“Hazırlanan təkliflər hökümətdə nəzərdən keçirildikdən sonra büdcə paketi çərçivəsində müzakirə olunacaq. Bundan sonra, gələn ilin əvvəlindən minimum əmək haqqının artırılacağı gözlənilir. Hələlik minimum əmək haqqının nə qədər artırılacağı ilə bağlı rəsmi rəqəmlər və proqnozlar yoxdur. Amma bununla belə, biz minimum əmək haqqının artırılması ilə bağlı təkliflərimizi təqdim edirik. Nəzərə alaq ki, minimum əmək haqqı artırılan zaman birmənalı şəkildə ötən müddətdə orta aylıq əmək haqqındakı artım faizinin, eləcə də infilyasiyanın nəzərə alınmasına ehtiyac var. Nəzərə alaq ki, həm nominal ota aylıq əmək haqqındakı artım, həm də infilyasiya səviyyəsi ötən müddətdə 2 rəqəmli olub. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, minimum əmək haqqının 2 rəqəmli həddə artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Minimum əmək haqqı artırılan zaman orta aylıq əmək haqqındakı artımın da nəzərə alınmasını vacib hesab edirik. Düşünürük ki, meyar olaraq nominal orta aylıq əmək haqqındakı artımı nəzərə alaraq qərarın verilməsi daha məqsədəuyğun olardı. Bu əsaslandırılmış yanaşmadır. Ona görə də minimum əmək haqqının artım faizinin 2 rəqəmli olacağı gözlənilir. Amma konkret rəqəmi biz ancaq bu payız keçirilən büdcə müzakirələrindən sonra söyləyə biləcəyik”.


MANŞET XƏBƏRLƏRİ