Filarmoniyanın direktoru Murad Adıgözəlzadə SAXLANILIB? – Rəsmi AÇIQLAMA


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb. Yayılan məlumatda o da bildirilir ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Bizim.Media-nın verdiyi sorğuya cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti yayılan xəbəri nə təkzib nə də təsdiq etdi.

Bu barədə ilk məlumatı demokrat.az yayıb.


MANŞET XƏBƏRLƏRİ