Benzin və dizeli bahalaşdıran onlardır – 11 il sonra olmayacaqlar


Aİ-92 markalı benzinin qiymətinin tez-tez dəyişməsinin başlıca üç səbəbi var:

Ətraf mühitə vurduğu zərər; İstehsalının dünya miqyasında kəskin azalması; Avtomobil sektorunda dəyişən şərtlər;

Əslində hər üç səbəb bir-biri ilə bağlıdır. Məsələ ondadır ki, başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkəsində Aİ-92 markalı benzin istehsal olunmur və satılmır. Dizelin ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün də tədbirlər görülür. Hətta bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.

Aİ-92 markalı benzinin istehsalının, Dizelin istehlakının azalması əslində yeni bir hadisə də deyil. Belə ki, bu hadisə fonunda elektromobillərə keçid sürətlənib. Azərbaycan da əslində bu tendensiyadan kənarda qalmayıb. Paytaxt Bakı başda olmaqla ölkədə elektromobillərin sayında kəskin artım var. Bu bir daha onu deməyə əsas verir ki, bu tendensiya dünya miqyasında çoxdan var sadəcə Azərbaycan kimi ölkələrdə son illərdə daha qabarıq formada hiss edilir.

Təbii ki, proseslərin təməlində dayanan bir də siyasi məsələ var. Belə ki, Avropa və ABŞ-da son 10 ildə eko fəalların siyasiləşməsi “Yaşıl partiyalarda” birləşib hökumətlərə, dövlətlərə təsir edəcək hala gəlməsi müşahidə edilir. Bu da öz növbəsində enerji istehsalçılarını çətin vəziyyətə salıb.

İlk vaxtlar ABŞ-da Avropada enerji istehsalçıları məsələyə reaksiya verir, hətta eko-fəallara qarşı təzyiqlər edilirdi. Lakin “Yaşıl hərəkatın” geniş vüsət alması, ətrafında geniş tərəfdar toplaması ən nəhayətində enerji istehsalçılarını geri addım atmağa vadar etdi.

Azərbaycan kimi ölkələr isə hazırda bu siyasi prosesin neqativ tərəflərini, yəni iqtisadi təsirlərini hiss edir. Bu isə öz növbəsində daxili bazarda qiymət dəyişkənliyinə səbəb olur.

Nəticə etibarilə Aİ-92 markalı benzinin qiymətinin tez-tez dəyişməsinin əsas səbəbi məhz xarici faktorlardır. Buna nəzarət etmək isə artıq imkansızdır.

Nəzərə almaq lazımdır ki, Aİ-də benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq.

Bu isə o deməkdir ki, Azərbaycanda da benzin mühərrikli avtomobillərin sayı tədricən azalacaq.

Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ