Azərbaycanda kənd təsərrüfatı məhsullarında ciddi bahalaşma qeydə alınıb.
Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ən ciddi artım pomidorun qiymətində müşahidə edilir.
Bazarda 1 kiloqram pomidorun qiyməti alıcılara 4,5-5 manata təklif edilir. Bu ötən həftə ilə müqayisədə 100 faiz qiymət artımı deməkdir.
Qiymət artımı digər meyvə və tərəvəz məhsullarında da müşahidə edilir.
Üzümün qiyməti 1.5 qəpikdən 3 manata, alma, armud, heyva, narın qiyməti 2 manatdan yüksəkdir.