MÜSİAD jurnalistlərlə bir araya gəldi


Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) jurnalistlərlə görüş keçirib.

Tədbirin təşkilində əsas məqsəd təşkilatın son 6 ayda gördüyü işlər və gələcək planlar barədə medianı məlumatlandırmaqdır.

Türküstan.az xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, Təşkilatın qurumlarla iş üzrə rəhbəri, İdarə Heyətinin üzvləri Hüseyn Yapar və Muhtarem Öz iştirak ediblər.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edərək bildirdi ki, məqsəd milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən edilən prinsip və dəyərləri paylaşaraq üzvlərin sayını artırmaq, onlar arasındakı həmrəyliyi inkişaf etdirməkdir: "Məqsədimiz öz aramızda təmin etdiyimiz birlik və bərabərlik ruhuyla ölkələrimizin maddi və mənəvi baxımından inkişafında iştirak etmək, Azərbaycan və Türkiyə iş dünyasının prinsipial və dəyər əsaslı sahibkar iş adamlarını adil dünya qayəsi ilə yenilikçi bir şəraitdə görüşdürmək, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətiylə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçılarından olmaqdır".

Ümumilikdə 195 tədbir həyata keçirilib

Hər 2 ildən bir təşkil edilən və dünyanın bir çox ölkəsindən iştirakçıların ziyarət etdiyi Beynəlxalq MÜSİAD Expo , 2-5 noyabr 2022-ci il tarixlərində İstanbulda TÜYAP sərgi mərkəzində keçiriləcəkdir.

2020-ci ildə pandemiya qadağalarına baxmayaraq, 228 iştirakçı Şirkət və Şirkət Nümayəndələri,5Beynəlxalq İştirakçı Ölkə, 2100 Beynəlxalq Ziyarətçi,13.074Ümumi Ziyarətçi qatılmışdır.

2020-ci ildə olduğu kimi, MOU sazişimiz olan KOBİA Azərbaycan stendi ilə iştirak edəcək və Azərbaycanda fəaliyyət göstərən sahibkarlarımıza tanıtım etmək imkanı veriləcəkdir.

Rəşad Cabirli onu da vurğulayıb ki, Azərbaycanda MÜSAİD təşkilatının qadınlardan ibarət strukturunun yaradılması planlaşdırılmır, lakin gələcəkdə bunun reallaşması mümkün ola bilər. Hazırda bir qadın iş adamı olduğunu söyləyib.

Gənclərlə əməkdaşlıqdan söz açan İdarə Heyətinin sədri vurğulayıb ki, təşkilatın məqsədi gənc nəslin nümayəndələrini iş dünyasına inteqrasiya etməkdir.

Şuşada keçirilən VII "Qarabağ" Beynəlxalq Sosial Elmlər Konqresinin sponsoru olduq və iştirak etdik.

Rəşad Cabirli vurğulayıb ki, Şuşa Bəyannaməsindən sonra əsas vəzifələri Türkiyə və Azərbaycan iş adamlarının birgə müəssisələr quraraq dünya bazarına çıxmalarıdır.


MANŞET XƏBƏRLƏRİ