Xəbər verdiyimiz kimi, Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 16-da baş tutacaq. Əfvlə bağlı ehtimal olunan tarixə yaxınlaşırıq. İctimaiyyət arasında əfv sərəncamının 28 May –Müstəqillik Günü ərəfəsində imzalanacağı ilə bağlı gözləntilər güclənib. Bir çoxları bu iclasın komissiyanın sonuncu toplanması ola biləcəyini düşünür.
Qeyd edək ki, komissiya mart ayının əvvəlindən etibarən mütəmadi şəkildə toplantılar keçirib. Lakin Novruz bayramında gözlənilən əfv sərəncamı reallaşmadı, bu isə ümidlərin may ayına yönəlməsinə səbəb oldu.
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, may ayında əfv sərəncamı imzalanacaq:
Novella Cəfəroğlu
“Dəqiq tarixi məlum deyil. Amma mütləq may ayında əfv sərəncamı imzalanacaq. Novruz bayramı ərəfəsində olmamasının səbəbi də budur. Komissiya üzvləri ilə aparılan danışıqlardan sonra belə qərarlaşdırdıq ki, Novruz bayramı ərəfəsində deyil, məhz may ayında olsun. Bu dəfə təxirə salınmayacaq”.