Son zamanlar bəzi “Bolt” sürücüləri sərnişinlərə şirkətin təyin etdiyi qiymətlərdən fərqli məbləğlər deyirlər. Bu yolla sərnişindən normadan artıq pul alırlar. Əksəriyyət taksi sürücüsü və şirkət arasındakı münasibətlərin düzgün qurulmadığından, buna görə əziyyət çəkdiklərindən şikayətlənir.
Belə problemlər niyə yaranır və çıxış yolu varmı?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, vətəndaş sistemdə göstərilən qiymətlə hərəkət etməyi düzgün hesab edir:
“Hazırda mövcud qiymətlər taksi sürücülərini qane etmir. Onlar qiymətlərin aşağı olduğunu düşünürlər. Əvvəl 10-12 min manatlıq “Toyota Prius”larla xidmət göstərirdilər deyə sərf edirdi. Amma indi vəziyyət fərqlidir. Sərnişinlər də hazırkı qiymətlərə etiraz edir. Tərəflər arasında ziddiyyət var. Səsi çıxmayan yeganə struktur isə taksi şirkətləridir. Görünür, mövcud durum onlara uyğundur”
Elməddin Muradlı
Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar hərəkətə keçməlidir:
“Standart qiymət paketi hazırlanmalıdır. Kilometrə görə hesablama olmalıdır ki, nə şirkət bazar yaratsın, nə sürücü ziyana düşsün, nə də sərnişin narazı qalsın. Hazırda tapşırıq verilib ki, qiymət 2,50 manatdan aşağı olmasın. Yuxarı hədd isə müəyyənləşdirilməyib. Problem bu səbəbdə