Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17804 manat və 60 dollar oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.