Əhalinin NƏZƏRİNƏ – İstilik mövsümü UZADILDI


Azərbaycanda havanın bir neçə gün yağıntılı keçəcəyi və temperaturun enəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Lakin aprelin 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır.

Yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən, 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır.

Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.

Bəs hava durumu nəzərə alınmaqla istilik mövsümü uzadıla bilərmi?

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında deyib ki, istiliyin verilməsinin müddəti bir neçə gün uzadılıb:

“Qazanxanalar və istilik məntəqələri daha bir neçə gün işləyəcək. Soyuq günlərdə İstilik təminatı davam edəcək. Hansı müddətə qədər davam edəcəyi ilə bağlı konkret tarix müəyyən deyil”.


MANŞET XƏBƏRLƏRİ