Aprelin 15-dən Bakıda və aran rayonlarında istilik mövsümü başa çatır.
Turkustan.az xəbər verir ki, aprelin 15-dən etibarən abunəçilərin istilik təchizatı dayandırılacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən, 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.
Qeyd edək ki, istilik mövsümünün sabah bitməsinə baxmayaraq, havanın temperaturu hələ də aşağıdır.