Toyuq dönəri yeyənlərə ŞOK XƏBƏRDARLIQ


Toyuq dönəri həm dadlı, həm də ucuz olduğu üçün ən çox istifadə edilən məhsullardan biridir.

Bununla belə, Türkiyənin Kocaeli şəhərinin Körfez rayonunda 648 nəfər toyuq dönəri yeyərək zəhərlənib. Belə ki, toyuq dönərindən zəhərlənmə ciddi qida təhlükəsizliyi narahatlığına səbəb olub.

Turkustan.az CNN Türkiyəyə istinadən xəbər verir ki, Türkiyənin bir çox şəhərlərində olduğu kimi, Adanada da bəzi dönərxanalarda bişmiş dönərin üzərinə çiy toyuq əlavə edilərək yenidən bişirildiyi qeyd edilib.

Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanası daxili xəstəlikləri mütəxəssisi, həkim Fatih Nəcib Arıcı bişmiş toyuğun üzərinə çiy toyuğun əlavə edilməsinin zəhərlənmənin əsas səbəblərindən biri olduğunu bildirib. "Bişmiş toyuğun üzərinə çiy toyuq qoyulduğu və bu toyuqların soyuq zənciri pozulduğu və bakteriya əmələ gəldiyi üçün infeksiyalar qaçılmaz olur" - həkim qeyd edib.

Arıcı vurğulayıb ki, ət, süd, toyuq kimi məhsulları istehlak etdikdən sonra başlayan mədə ağrıları zamanı həkimə müraciət edilməsi lazımdır:

"Ət, süd, toyuq kimi məhsulları qəbul etdikdən 1-2 saat sonra ürəkbulanma, qusma, ishal və bunun ardınca qida qəbulunun azalması və qızdırması yüksəlirsə, bu, həmin şəxsin xəstəxanaya getməli olduğunu göstərir. Maye qəbul edə bilirlərsə, müalicələrini evdə davam etdirə bilərlər, əgər pasiyent yaşlıdırsa, uşaqdırsa və ya immun sistemi zəifdirsə, mütləq xəstəxanaya müraciət etməlidirlər”.

Həkim qida zəhərlənməsinin ölümcül ola biləcəyini də bildirib. (musavat.com)


MANŞET XƏBƏRLƏRİ