Bu tarixdən istilər BAŞLAYIR – XƏBƏRDARLIQ!


Aprel ayı Bakıda və Abşeron yarımadasında əsasən mülayim və yaz ab-havalı keçəcək.

Sinoptiklərin verdiyi məlumata görə, ay ərzində havanın temperaturu iqlim normasına uyğun olacaq. Gecələr 7-12 dərəcə isti, gündüzlər isə 13-18 dərəcə isti gözlənilir. Ayın bəzi günlərində temperaturun 20-25 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.

Havanın əsasən günəşli və açıq olacağı bildirilir. Bununla yanaşı, ara-sıra buludluluğun artacağı, bəzi günlərdə isə yağış yağacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının normaya yaxın olacağı proqnoz edilir.

Soyuq hava dalğaları və ya qar yağıntısı gözlənilmir. Küləkli günlər olsa da, əsasən sakit və mülayim hava şəraiti hakim olacaq. Xüsusilə aprelin ortalarına doğru temperaturun daha da yüksələcəyi və yazın xoş abu-havasının tam hiss olunacağı bildirilir.

Ümumilikdə, aprel ayı yazın gəlişini tam hiss etdirəcək, havalar daha mülayim keçəcək və açıq hava tədbirləri üçün əlverişli olacaq./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ