Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir.
Turkustan.az xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.