20 yaşlı tələbə ağır xəstədir: kömək istəyir


Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi, 20 yaşlı Rəvan Rasim oğlu Babayevin xeyirxah insanların köməyinə ehtiyacı var.

Turkustan.az xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən Rəvana təcili ilik nəqli olmalıdır.

Tələbənin atası Rasim Babayev oğlunun aplastik anemiyadan əziyyət çəkdiyini bildirib:

"Oğlumun dişlərinin dibi qanayırdı. Analiz verdik. Məlum oldu ki, ona təcili ilik nəqli olmalıdır. Hazırda Türkiyədə "Florence Nightingale" xəstəxanasında müalicə alır. Xəstəxana xərcləri günlük 2000 dollar təşkil edir. Bacısından analiz götürüldü. "Donor üçün uyğun deyil" cavabını aldıq. Dünya Donor Bankına müraciət etmişik. Təxminən 4-5 aya cavab gələcək. Amma o vaxta qədər oğlum müalicə almalıdır. Bizim bunun üçün maddi durumumuz çox zəifdir. Əlim çatan hər yerdən borc almışam. Nəyim vardı satmışam. Xalqımdan xahiş edirəm bizə dəstək olsunlar. Bizə ilkin müalicə üçün 25 min dollar lazımdır. 13 günə artıq 42 min dollar xəstəxanaya ödəniş etmişik".

Əlaqə nömrəsi: +994 50 991 99 24

Kapital bank: 4169738886571417


MANŞET XƏBƏRLƏRİ