Həmin şəxslər də 105 manat ala bilər – Müzakirələr gedir


Azərbaycanda vaxtaşırı çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi istiqamətində fikirlər səsləndirilir. Ölkədə doğum sayında azalma tendensiyasının fonunda buna ehtiyac olduğu xüsusilə vurğulanır.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 və daha çox uşağı olanlar çoxuşaqlı ailələr hesab olunur. Bunun üçün hər bir uşağa 105 manat sosial müavinət ödənilir. Bəzi deputatlar, ictimai xadimlər sözügedən sayın 6-dan 3 və ya 4-ə endirilməsini təklif edir.

Bu, mümkündürmü?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov son 10-12 ildə uşaq sayının kəskin azaldığını təsdiqləyib:

fikret yusifov

Fikrət Yusifov

“4 və daha çox uşağı olanların çoxuşaqlı ailə hesab olunması bugünkü reallıqlara uyğundur. Ən optimal variant budur. Xüsusilə pandemiya və ondan sonrakı dövrdə doğulanların sayında azalmalar baş verdi. Fikrimcə, qeyd etdiyim təklifin həyata keçirilməsi doğum sayının artmasına təkan verər”.


MANŞET XƏBƏRLƏRİ