Sabah Azərbaycanda Ramazan ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası fevralın 27-də fətva verib.
Arıq Ramazan təqvimi də dərc edilib. 1-29 mart tarixləri Azərbaycanda Ramazan ayıdır və martın 30-u Fitr bayramıdır.
Dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.
Modern.az təqvimə əsasən Azərbaycanda Ramazanın ən uzun və ən qısa gününü hesablayıb.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı rəsmi təqvimə əsasən, orucluq müddəti ayın əvvəlindən sonuna doğru tədricən uzanır.
Ramazan ayında ən qısa oruc günü 1 mart tarixində olacaq. Həmin gün imsak saat 05:49-da, iftar isə 18:47-də açılacaq. Beləliklə, insanlar 12 saat 58 dəqiqə oruc tutacaqıar.
Ayın sonunda isə oruc müddəti daha uzun olacaq. 29 mart tarixində imsak saat 05:02-də, iftar isə 19:19-da olacaq. Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.
Qeyd edək ki, şimal qütbünə yaxın yerləşən Reykyavikdə günəşin batma və çıxma vaxtları arasında böyük fərqlər olur. 2025-ci ilin mart ayında burada oruc müddəti təxminən 16-17 saat arasında dəyişəcək.
Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.
Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar.