Qış mövsümündə havaların soyuması ilə birlikdə insanların ən böyük qayğılarından biri evlərini isti saxlamaq olur. Xüsusilə enerji qiymətlərinin artdığı bir dövrdə daha qənaətcil və effektiv üsullar axtarılır.
Turkustan.az “Baku.ws”ə istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, istilik sistemindən düzgün istifadə etməklə yanaşı, sadə məişət qaydalarına riayət etməklə də evlərdə temperaturu saxlamaq mümkündür.
İsrafın qarşısını alın: Pəncərələr və qapılar
Araşdırmalar göstərir ki, evdəki istiliyin 30-40%-i pəncərə və qapılardan itə bilər. Bu itkini azaltmaq üçün, ikiqat şüşəli pəncərələrdən istifadə etmək və ya mövcud pəncərələri xüsusi izolyasiya lentləri ilə bərkitmək lazımdır. Həmçinin ağır və qalın pərdələrdən istifadə etmək evin istilik balansını qorumağa kömək edir. Bundan başqa, qapıların alt hissəsini xüsusi izolyasiya vasitələri ilə örtmək soyuğun içəri daxil olmasının qarşısını alır.
Alternativ isitmə üsulları
Daimi istilik sistemlərindən əlavə, bəzi alternativ üsullar da evdə komfortu artırmağa kömək edə bilər. Məsələn, xalça və kilimlərdən istifadə döşəmənin soyuqluğunu azaldır. Divarlara istilik izolyasiyası tətbiq etmək uzunmüddətli həll yolu ola bilər. Ev bitkiləri və təbii materiallar (məsələn, taxta mebellər) havanı nəm saxlayaraq istilik balansını qoruyur.
İstilik sistemindən düzgün istifadə
Radiatorların qarşısını bağlamayın – Mebel və pərdələr istiliyin yayılmasına mane ola bilər.
Düzgün ventilyasiya təmin edin – Hava dövranı nə qədər yaxşı olsa, evinizdə istilik bir o qədər bərabər paylanar.
Kombini qənaətli rejimdə işlədin – Çox yüksək temperatur təyin etmək əvəzinə, davamlı və orta səviyyədə işlətmək enerji israfının qarşısını alır.
Xatırladaq ki, fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraiti dəyişəcək, qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.
Bunu hidrometeoroloji proqnozlar bürosunun aparıcı mütxəssis, sinoptiki Leyla Mədətova bildirib.
Bölgələrdə də qar yağacaq. Naxçivan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax, Gəncə, Balakən, Şəki, Quba Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində yağıntılar intensivləşəcək.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimal olunur.